Faktiki hava açıqlandı

SOSİAL 22 apr 2024, 15:01
Aprelin 22-si saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s-yə çatır.

Gədəbəy, Xaltan, Astara, Qrız, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış, Şahdağda sulu qar yağıb.

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 6 dərəcəyədək istidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top