Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi — VİDEO

ŞOU-BİZNES 22 apr 2024, 13:01
Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. 

Demokrat.az xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər.

Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb. 

Xatırladaq ki, ötən il Rəşad Dağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top