"Bəsdirin, camaatın ölüsünü söydünüz"

ŞOU-BİZNES 20 apr 2024, 19:30

 Əməkdar artist Cavanşir Məmmədov bu gün ürəktutmasından vəfat edib. 

Axşam.az-ın məlumatına görə, aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial mediada mərhum ifaçı ilə bağlı edilən paylaşımlara və yazılan tənqid dolu şərhlərə münasibət bildirib.

"Bu instaqram səhifələrinin əlindən camaat evdə nə ölüsünə ağlaya, nə onu dəfn edə bilir. Başa düşürük ki, tanınmış simadır, gəlib çəkirlər. Amma bu adam elə bu gün dünyasını dəyişib. Bir-iki il bundan qabaq dediyini nə var şərh yığacaqlar deyə paylaşırlar. Bu şərh yazanların çoxu, sizin evinizdə ölən olmur? Ananız-atanız ölməyəcək? İndi deyib deyib də, dünyasını dəyişib. Siz Cavanşir kimi öləcəksiniz? 70 yaşı var idi. Görüdüyü görüb, yediyini yeyib , içdiyini içib, Allaha canını tapşırıb gedib. Bəziləriniz it kimi öləcəksiniz. Bəsdirin, bu camaatın ölüsünü söydünüz. Öz ölünüzə fikir verin, onun qəbrinə gedin, əklil qoyub təmizləyin, ayıbdır. Səhifə adminləri də lap özlərini itiriblər. Nə bilim, Allah köməyiniz olsun" deyə, o, söyləyib.

Qeyd edək ki, C.Məmmədov bu gün 70 yaşında ürəktutmasından dünyasını dəyişib. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top