Qərbi Azərbaycana qayıdış Rusiyanı narahat edir — Politoloq

GÜNDƏM 19 apr 2024, 14:25
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. O, Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planını dəstəklədiklərini vurğulayıb.

Məsələ ilə bağlı  siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında qeyd edib ki, Zaxarovanın bu fikirləri əslində Qərbi Azərbaycan məsələsi ilə bağlıdır:

“Çünki Qarabağdan çıxan ermənilərin geri qayıtması məsələsi ilə paralel olaraq Azərbaycan tərəfi Qərbi azərbaycanlıların öz evlərinə qayıdışı məsələsini irəli sürür. Məsələnin bu cür qoyuluşu Rusiyada narahatlıq doğurur.  Rusiyanın Qarabağ ermənilərinin qayıdışı məsələsini dəstəkləməsi daha çox siyasi oyunun bir hissəsidir. Qərb Rusiya sülhməramlılarının Qarabağı tərk etməsindən sonra Rusiyaya qarşı iddialar irəli sürməyə başladı. Ermənistana da iddia edilir ki, artıq Rusiya sənin arxanda deyil. Bununla belə Rusiya göstərmək istəyir ki, biz ermənilərin qayıdış məsələsini dəstəkləyirik. O da vurğulanmalıdır ki, onlar Azərbaycana qayıdışı reinteqrasiyası çərçivəsində istəyirlər. Bu o deməkdir ki, ermənilər yalnız Azərbaycan vətəndaşlığını qəbul edib qayıda bilərlər. Rusiya Qərbi Azərbaycan məsələsini aktuallaşdırmaqla Ermənistanda itirilmiş imicini bərpa etməyə çalışır. Zaxarovanın verdiyi açıqlamanın əsası budur”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top