Danimarka Bağdadakı səfirliyini bağlayır

DÜNYA 17 apr 2024, 23:00
Danimarka hökuməti 2020-ci ildə açdığı Bağdad səfirliyini bağlamaq qərarına gəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda, NATO-nun İraqdakı Təlim və Məsləhət Missiyasına (NMI) töhfə vermək üçün 2020-ci ildə Danimarkanın Bağdadda açdığı səfirliyin mandatının sona çatdığı bildirilib.

Bəyanatda Danimarka ordusunun əksər personalının İraqdan çıxarılması ilə Bağdad səfirliyinin xidmət sahəsinin kiçildiyi qeyd edilib. 

Bu səbəbdən Danimarka hökuməti səfirliyini 31 may 2024-cü il tarixindən etibarən bağlamağa qərar verib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top