Hüseynbala Mirələmov: "Hadi Rəcəbli 70 illik dostum idi"

SİYASƏT 17 apr 2024, 16:44
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib.

Məhrumun keçmiş həmkarı, dostu Hüseynbala Mirələmov Hadi Rəcəbli ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb. Sabiq deputat mərhumun 70 illik dostu olduğunu vurğulayıb:

“Biz birinci sinifdən 11-ci sinifə qədər bir yerdə oturmuşuq. Sonra taleh elə gətirdi ki, parlamentdə 15 il birlikdə fəaliyyət göstərdik. Dostum, sirdaşım idi. Çox gözəl insan, dost idi. Onda həyat eşqi o qədər güclü idi ki, xəbəri eşidəndə inanmadım. Elə bildim zarafatdır, kaş zarafat olardı. Dünən danışmışdıq onunla, xəstəliyi heç vaxt dilinə gətirməmişdi.

Yadımdadır, o sovetlər dönəmində Şəkidə birinci katib işləyib. Bu gün də şəkililər onu hörmətlə yad edirlər.

Ümumiyyətlə, o, çox qeyri-adi insan idi. Mənim üçün unudulmaz dost, qardaş idi. Xatirəsi həmişə qəlbimdə yaşayacaq. Onun uğurlu fəaliyyəti mənim üçün gözəl təsəllidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 apr 2024, 11:50
Top