Başqırdıstanda baş vermiş yol qəzasında 3 nəfər ölüb

REGİON 12 apr 2024, 23:15
Rusiyanın Başqırdıstanda yollardan birində avtomobilin küvetə aşması sonucunda üç nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə region üzrə yol polisi idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Hadisə bu gün saat 18:30 radələrində Krasnaya Başkiriya – Pokrovka avtomobil yolunun 2-ci km-də baş verib. İlkin məlumata görə, “Hyundai Accent” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili küvetə aşırıb”, – məlumatda deyilir.

Qəza nəticəsində sürücü və iki sərnişini keçinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top