Jurnalist İdrak Camalbəyli dəfn olundu

MEDİA 02 apr 2024, 14:31
Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəyli dəfn olunub.

Demokrat.az xəbər verir ki, dəfndə mərhumun ailə üzvləri, yaxınları və Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edib.

Mərhum jurnalist Masazır kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top