Azərbaycanda “Lada”nın istehsalına başlanılır

AVTO 29 mar 2024, 13:20
“AvtoVAZ” ASC Azərbaycanda “Lada” avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə 1,5 min avtomobil yığmağı planlaşdırır.

Demokrat.az xəbər verir ki, Azərbaycanda istehsalat sahələrindən birində avtomobil dəstlərinin qəbulu sahəsi, yığım sexi və hazır avtomobillərin saxlanması üçün dayanacaq təşkil edilib. Layihə çərçivəsində xüsusi olaraq işə götürülən işçilər Tolyattidən olan mütəxəssislərdən lazımi təlim keçiblər.

AvtoVAZ-ın rəhbəri Maksim Sokolovun qeyd etdiyi kimi, Azərbaycanda "Lada" istehsalı növbəti bir neçə ildə illik istehsal həcmi 4-5 min avtomobilə çata bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top