Nazir “KAUST” və “ACWAPower” şirkətlərinin rəhbərləri ilə görüşdü — FOTO

XARİCİ SİYASƏT 29 mar 2024, 09:26
Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti vəzifəsinə təyin edilmiş Muxtar Babayev Səudiyyə Ərəbistanına səfər edib.

Demokrat.az xəbər verir ki, bu barədə COP29-un rəsmi “X” hesabında paylaşım edilib.

Bildirilib ki, səfər çərçivəsində “KAUST” və “ACWAPower” şirkətlərinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirilib.

Tərəflər bərpaolunan texnologiyaya innovativ yanaşmaları, emissiyaların idarə edilməsi texnologiyaları, suyun duzsuzlaşdırılması və Azərbaycanın su qıtlığı probleminin həllində əldə etdiyi irəliləyişləri müzakirə ediblər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top