Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq

SOSİAL 28 mar 2024, 17:15
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

Demokrat.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan müayinə də Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”nə daxil edilib.

Başqa sözlə, inzibati məqsədlərlə digər müayinələrin tarifi 90 manatdır. Beləliklə, himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan belə müayinə pulsuz olacaq, 90 manat alınmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top