Müştərək Brüssel görüşü sülh prosesinə təsir edəcəkmi? — AÇIQLAMA

GÜNDƏM 28 mar 2024, 18:42
“Avropa İttifaqı – Amerika Birləşmiş Ştatları – Ermənistan müştərək konfransının keçirilməsində məqsəd Ermənistanın Azərbaycanla münaqişədən uğurla çıxmasıdır. Bu münaqişədə Aİ-nın da, ABŞ-nin də mövqeyi bəllidir, Ermənistanın yanındadırlar. Üç müttəfiqin birgə görüşünün sülh prosesinə müsbət təsirinin olacağını düşünmürəm”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O, aprelin 5-də keçirilməsi nəzərdə tutulan Aİ – ABŞ - Ermənistan müştərək görüşünün sülh prosesinin gedişatına və regiona təsirlərini şərh edib:

“Brüsseldə keçiriləcək görüş Ermənistanın maraqlarına cavab verir. Azərbaycan üçün müsbət nəsə vəd etmir. Belə olsaydı, Azərbaycanın da iştirakı ilə 4-lü formatda keçirilərdi. Bu görüş region üçün sadəcə növbəti gərginlik ola bilər. Amerika və Qərb postsovet məkanında yer alırsa, orada sülh yoxdur deməkdir. Azərbaycan növbəti gərginliyə, Ermənistanla de-fakto və de-yure müharibəyə siyasi, hərbi və iqtisadi baxımdan hazır olmalıdır. Düzdür, Azərbaycan kiçik ölkədir, amma arxasında Türkiyə var. Azərbaycan Şərq dünyası ilə münasibətlərini gücləndirməlidir. Həm türk, həm ərəb dünyası ilə münasibətlərini möhkəmlətməli, Çinlə əlaqələrini inkişaf etdirməli, Rusiya ilə balanslaşdırılmış siyasətini davam etdirməlidir. Ölkə daxilində dövlət – xalq birliyi olmalıdır ki, gələcək sınaqlardan üzüağ çıxa bilək. Bu, çətin prosesdir, dəyişən dünyada dövlətçilik, suverenlik, ərazi bötüvlüyünü qorumaq asan məsələ deyil”. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top