SOCAR və “KazMunayGaz” əməkdaşlıq münasibətlərini genişləndirir

SƏNAYE VƏ ENERGETİKA 09 mar 2024, 17:15
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayGaz” Milli Şirkəti qarşılıqlı səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Demokrat.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, bu gün şirkətin prezidenti Rövşən Nəcəf ilə “KazMunayGaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev arasında görüş baş tutub.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Bu xüsusda SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsinin əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tərəflər neftin emalı, tranziti, ticarəti sahələrinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top