"Azərbaycanın daha böyük uğurlara imza atması hər kəsdə məmnunluq yaradır" — QHT sədri Ramil Əliyevlə MÜSAHİBƏ

MÜSAHİBƏ 30 yan 2024, 13:21
"İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev rəhbəri olduğu təşkilatın fəaliyyəti, məqsədləri, nəaliyyətləri, planları haqqında və növbədənkənar seçki ilə bağlı QHT.az –a müsahibə verib.

QHT.az: Ramil müəllim, salam. Öncə müsahibəyə görə QHT.az adından Sizə təşəkkür edirəm. Mövcud fəaliyyətləriniz nələrdən ibarətdir?

Ramil Əliyev: Salam. Biz təşəkkür edirik. İnkişafa və İslahatlara Dəstək İctimai Birliyi olaraq, əsas fəaliyyət istiqamətlərimiz 2020-ci ildən etibarən, cəmiyyət və vətəndaş cəmiyyətinə xidmət etmək, insanları narahat edən problemləri aşkarlamaq və onları müvafiq qurumlara yönləndimək, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəkləməkdən ibarətdir. Dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsinə və başqa məsələlərə öz töfhəmizi vermişik və verməyə də davam edəcəyik.

QHT.az: Təşkilatınızın missiyası və əsas nailiyyətləriniz hansılardır?

Ramil Əliyev: Birliyimizin əsas məqsədi vətəndaş cəmiyyətinə xidmət etmək, həyata keçirilən islahatları dəstəkmək, cəmiyyət arasında maarifləndirmə işi aparmaqdan və s. ibarətdir. 2020-ci ildən fəaliyyətə başlayan təşkilat olaraq, birliyimiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, 2021-ci ildə “Şəhidlərin və qazilərin həyat yolunun işıqlandıraraq gənc nəslin maarifləndirilməsi” layihəsi və 2022-ci ilin sonlarında “Zəfərimizin regionlarda təbliği” adlı layihəsi icra olunub və uğurla başa çatdırılıb. Həmin layihələr də rəhbəri olduğum, “Öndər TV” vasitəsilə ictimaiyyətə təqdim olunub. 

QHT.az: Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz nələrdən ibarətdir?

Ramil Əliyev: Fevral ayında Xocalı soyqırımı ilə bağlı Türkiyə Cümhuriyyətində təlimin keçirilməsi, 2024-cü ildə fəaliyyətimizin davamı olaraq, şəhid, qazi və veteran ailələri ilə görüşlərin təmin olunması, çəkilişlərin edilməsi və onların cəmiyyətə tanıdılması planlaşdırılıb. Həmçinin, ictimai nəzarətin təmin olunması regionlarda ictimai müzakirələr, korrupsiyaya qarşı tədbirlər, narkomaniyaya qarşı maarifləndirmə tədbirlərinin təşkil olunması nəzərdə tutulub.

QHT.az: Strateji istiqamətlər və məqsədlər hansılardır?

Ramil Əliyev: İslahatların həyata keçirilməsinə dəstək vermək, ictimai nəzarətin şəffaf həyatə keçirilməsi, QHT-hökümət münasibətlərinin inkşafı, QHT-lər haqqında qanunun təkminləşdirilməsi, QHT-lərin maddi-texniki bazalarının gücləndirilməsi və vətəndaş cəmiyyətinin yeni modelinin qurulması ilə bağlı fəaliyyət göstəririk.

QHT.az: Təşkilatınızın cəmiyyətə təsiri və sosial inkişafı üçün hansı addımlar atılır?

Ramil Əliyev: Birlik, dövlət qeydiyyatından keçmədən öncə belə, öz yardım və dəstəyini əsirgəməyib, pandemiya dövründə, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarına qoşularaq, iş adamlarının dəstəyi və təşkilatın hesabı vasitəsilə 7000 ədəd tibbi maska tiktirərək ehtiyacı olanlara paylamışıq. O cümlədən 850 ailəyədə ərzaq yardımı etmişik. “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi tərəfindən 2020-ci il iyul hadisələri dövründə N saylı hərbi hissədə “Vətənpərvərlik” mövzusunda tədbirə media dəstəyi verilərək çəklişlər edilib, Öndər.tv-də yayımlanıb. Bundan başqa birlik,  arxa cəbhədə 44 günlük haqq savaşında orduya dəstək göstərilib.

QHT.az: Sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlər hansılardır?

Ramil Əliyev: 44 günlük Vətən müharibəsindən sonrakı dövürdə, birliyimizin dəstəyi ilə, rəhbəri olduğum “Öndər.tv” internet televiziyasında, bu günə qədər 150 şəhid, 50 qazi haqqında çəkiliş edilib, həmçinin,  50 şəhid bulağının açılışını çəkərək ictimaiyyətə təqdim edilib.  2023-cü il tarixində Şəhid, qazi, aztəminatlı ailələrə və leykozla mübarizə aparan uşaqlara dəstək məqsədilə, 2-3 sentyabr 2023-cü il tarixində satış yarmarkasının keçirilməsinə dəstək göstərmişik.

QHT.az: Qarşıdan gələn prezident seçkiləri ilə bağlı ümumi qiymət verə bilərsinizmi?

Ramil Əliyev: 7 fevral 2024-cü il tarixinə Növbədənkənar Prezident Seçkiləri təyin olunub. İlk dəfə ərazi bütövüyümüzün tam təmin olunması ilə Azərbaycanda seçkilər keçiriləcək. Qürurvericidir ki, Azərbaycan xalqı qalib xalq olaraq, seçkilərdə iştirak edəcək. Artıq işğaldan azad olunmuş torpaqlarımızda-Xankəndidə, Şuşada, Kəlbəcərdə və s. seçkilər təşkil olunacaq, illərdir öz doğma xalqı üçün darıxan işğaldan azad edilmiş rayonlarımız öz sakinlərinə qovuşub. Mən inanıram ki, xalqımız dövlətimizin, millətimizin və ölkəmizin gələcəyi naminə ən doğru qərarı verəcək.

QHT.az: QHT olaraq seçki prosesində hansı məsələlərə diqqət yetirməyi planlaşdırırsınız? Seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verə bilərsinizmi?

Ramil Əliyev: Seçkidən öncə bütün müşahidəçilərə onlayn və birbaşa təlimlərin keçirilməsi vacib amillərdən biridir. Seçkinin şəffaflıqla təmin olunması müşahidə prosesinin yüksək səviyyədə aparılması deməkdir. Ölkəmizdə son illərdə ölkə Prezidenti tərəfindən aparılan islahatların uğurla davam etdirilməsi ölkəmiz üçün daha geniş perspektivlər açır. Ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanın daha böyük uğurlara imza atması hər kəsdə məmnunluq yaradır. 2024-cü ildə Prezident Seçkilərindən sonra ölkəmizdə daha böyük inkişafın və dinamikanın olacağına inanıram.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top