Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin doğulub böyüdüyü binaya onun barelyefi vurulub.
Bu barədə mərhum din xadiminin rəsmi səhifəsində məlumat verilib.
Bu gün binanın barelyefinin açılışı olub.
Hacı Şahin Həsənli 2023-cü ilin martın 2-də vəfat edib.
48 yaşlı Hacı Şahin Həsənli Məşədi Dadaş Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.