Azərbaycana xaricdən yeni hotel brendləri gələ bilər

TURİZM 11 yan 2024, 15:35
Bu il Azərbaycana xaricdən yeni hotel brendlərinin gələcəyi və nömrə fondunun daha da artacağı gözlənilir.

Demokrat.az xəbər verir ki, bunu "Azərbaycan Hotel Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.

"Bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticələridir. Xarici brendlərin ölkəmizə gəlməsi bu sahədə peşəkarların yetişdirilməsində mühüm rol oynayır. Bu gün beynəlxalq təcrübəyə malik yerli kadrlarımız nəinki ölkə daxilində, həmçinin xaricdəki hotellərdə yüksək vəzifələrdə çatır və böyük uğurlara imza atırlar", - deyə E.Əlimuradov əlavə edib.

O, Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə regionlarda fəaliyyət göstərən hotel və sanatoriyalara əmlak vergisi öhdəliyi üzrə güzəşt müəyyən edilməsindən də danışıb: "Dəyişikliyə əsasən, regionlarda hotel və sanatoriya fəaliyyətində istifadə olunan daşınmaz əmlaka görə vergi 3 il müddətinə 75 % azaldılıb. İnanırıq ki, bu tədbirlər regionlarda turizmin inkişafına böyük təkan verəcək".(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top