Bayramda milli parklara səfər edən turistlərin sayı açqılandı — FOTOLAR

TURİZM 08 yan 2024, 14:22
2024 -cü "Yaşıl dünya naminə həmrəylik" ilinin ilk bayram günlərində Azərbaycanın müxtəlif  ekosistemlərini  əhatə edən milli parklara 5005 turist səfər edib. 

Ölkə üzrə rəngarəng təbiət komplekslərinə malik 10 milli park fəaliyyət göstərir və hər gün ekoloji turizm həvəskarları üçün açıqdır. 

Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.

Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə  yetirilməsində xüsusi əhəmiyyət kəsb edir.






















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top