Azərbaycandan İstanbula 27 mindən çox turist səyahət edib

TURİZM 02 yan 2024, 10:06

Ötən ilin noyabr ayında Azərbaycandan 27 min 113 turist Türkiyənin İstanbul şəhərinə səyahət edib.

Demokrat.az Report-a istinadən xəbər verir ki, bu barədə İstanbul Vilayəti Mədəniyyət və Turizm Müdirliyi məlumat yayıb.

Noyabr ayında İstanbul şəhərinə ümumilikdə 1 milyon 288 min turist səfər edib ki, bu da illik müqayisədə 4 % azdır. Hesabat dövründə İstanbula ən çox Rusiyadan olan turistləri (135 min 696 nəfər) gəlib. Onlardan sonra bu siyahını Almaniyadan (89 min 810), İrandan (88 min 727) və ABŞ-dan (61 min 566) olan turistlər davam etdirib.

İstanbula noyabrda səfər edən turistlərin 96,7 %-i və ya 1 milyon 245 nəfəri hava yolu ilə, 43 mini dəniz yolu ilə gəlib.

2023-cü ilin yanvar-noyabr ayında isə İstanbula gələn xarici turistlərin sayı 9 % artaraq 16 milyon 051 minə çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top