AZAL Londonun daha bir hava limanına uçuşlara başlayır

TURİZM 01 yan 2024, 17:45
Bu ilin mart 31-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Böyük Britaniyanın London şəhərində yerləşən Qatvik hava limanına uçuşlara başlayır.

Bu barədə “Report”un sorğusuna cavab olalaq AZAL-dan bildirilib.

Məlumata görə, AZAL Qatvik hava limanına uçuşları həftədə 3 dəfə (bazar, çərşənbə və cümə günləri) həyata keçirəcək.

Qeyd edək ki, bir sıra aviaşirkətlər hava limanı rüsumlarının az olması və London şəhərinin digər hava limanı Hitrouda doluluğ səbəbindən Qatvik aeroportuna yönəlir.

Londonun Hitrou Beynəlxalq Hava Limanına reyslər üç sinifli – ekonom, Comfort-klub və VIP-klub – salonlarla təchiz edilmiş müasir “Boeing-787 Dreamliner” təyyarəsində həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan Hitrou limanına uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə həyata keçirilir.

Xatırladaq ki, ən son AZAL Doha və Pekin şəhərlərinə yeni reyslərlə şəbəkəsini genişləndirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top