Azərbaycanda Reklam Məlumat Mərkəzi yaradılacaq

BİZNES 19 dek 2023, 12:32
Azərbaycanda Reklam Məlumat Mərkəzi yaradılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) Aparat rəhbəri Nahid Qasımov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirdə məlumat verib.

"Dövlət Agentliyi 2023-cü ildə rüsum və yayım haqlarının yığımında yüksək nəticə əldə edib. ADRA fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək yönündəki tapşırıqlara uyğun olaraq davam etdirir. Yaxın gələcəkdə açıq məkanda mövcud reklam qurğularının Reklam Məlumat Mərkəzi, Reklama İntellektual Nəzarət Sistemi yaradılacaq", - deyə o diqqətə çatdırıb. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top