Əsgəran qalası və Qarqar çayından GÖRÜNTÜLƏR — VİDEO

GÜNDƏM 30 sen 2023, 18:43
Sosial şəbəkələrdə Xocalı rayonu ərazisindəki Əsgəran qalası və Qarqar çayının videogörüntüləri yayılıb. 

Demokrat.az həmin görüntüləri təqdim edir:

Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağ və sol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. İki istehkamdan ibarət qala çay daşından inşa olunub. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılıb. Əsgəran sözünün mənası "Qədim Aran" deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponomiyasında öz əksini tapıb.

Qeyd edək ki, Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan ordusu Əsgəran qəsəbəsinə nəzarəti ələ keçirib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top