"Azərbaycan Dili və Ədəbiyyatı" Forumu başa çatdı — YENİLƏNİB

ƏDƏBİYYAT 03 sen 2023, 16:51
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumuna yekun vurulub.

Demokrat.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, millət vəkilləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri və digər qonaqlar iştirak edib.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Forumun V panel iclası "Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları" mövzusuna həsr olunub.

"Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət və hədəflər", "Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər və düşüncə sisteminə təsiri", "Kitab satışı sistemi: innovativ həllər və kredit mexanizmləri", "Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri" və "Vətəndaşların ədəbi, elmi və informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr" mövzularında çıxışlar dinlənilib.

Daha sonra Azərbaycan ədəbiyyatına həsr olunan videoçarx nümayiş olunub. Materialda Ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza qayğısını əks etdirən fraqmentlər də yer alıb.

Çıxışçılar forumu yüksək qiymətləndirib, layihənin hər il keçirilməsinin vacibliyini qeyd ediblər.

Panelin sonunda müzakirəyə çıxarılan mövzular üzrə sual-cavab olub, xatirə şəkli çəkdirilib.

11:41

Gülüstan sarayında Azərbaycan dili və ədəbiyyatı Forumunun üçüncü günü başlayıb.

Demokrat.az
xəbər verir ki, forumda ölkənin tanınmış yazıçı və şairləri, ədəbiyyatşünasları, dilçi alimləri, filoloqları və ictimaiyyət nümayəndələri iştirak edir.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən forumun təşkilatçısı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, dəstəkçisi isə Elm və Təhsil Nazirliyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Qeyd edək ki, forumun açılışı Şamaxı şəhərində olub.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top