Avstriyanın Rusiyadan qaz almağa davam edəcəyi açıqlanıb

İQTİSADİ 09 iyl 2023, 10:59
Avstriyanın OMV neft-qaz konserninin rəhbəri Alfred Ştern sanksiyalara baxmayaraq şirkətin 2040-cı ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə əsasında Rusiyadan qaz almağı davam etdirdiyini bəyan edib.

APA-nın xəbərinə görə, Alfred Ştern “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın “Qazprom” şirkəti qaz tədarük etdiyi müddətdə qaz alacaqlar.

Qeyd edilib ki, Avstriyanın Rusiyadan qaz alması sonradan qəbul edilən sanksiyaların təsiri altına düşmür.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top