Xocalı soyqırımı — qan yaddaşımızda!

GÜNDƏM 25 fev 2022, 13:29
Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. 

Bu cür işğalçı qəsbkarlıq qan, ölüm, fəlakət və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır, Xocalı müsibəti kimi! Həmin dövürlərdə mənim yaşım az olsa da doğma Ağdamımızdan necə məcburi köçkün düşdüyümüz anları, Xocalı qətliamının necə baş verdiyini valideyinlərimin danışdılarından tam əhatəli öyrənib bilirəm. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri  növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 1275 nəfər dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib. Xocalı faciəsini törətməklə soyqrım edərək ermənilər xalqımızın, mübarizə əzmini qırmağa çalışdılar. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

O mübarizliyin qəhrəmanlığın nəticəsidir ki, bu gün qəhrəman Azərbaycan ordusu Ali baş komandanımızın əzimkarlığı sayəsində Qarabağı öz oğma sakinlərinə qaytardı. Bu gün Xocalıda, o cümlədən Qarabağ torpaqlarında şəhid olan həmvətənlərimizin ruhu şaddır. Ancaq heç vaxt baş verənləri unutmalı deylik. 

O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı.
 
No description available.

Qorxmaz Əsgərov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top