Portuqaliya yenə çempion oldu

İDMAN 06 fev 2022, 23:59

Niderlandda futzal üzrə  təşkil olunan Avropa çempionatı başa çatıb.

Amsterdamdakı “Ziggo Dome”də keçirilən final oyununda Portuqaliya və Rusiya milli komandaları qarşılaşıblar. 

Oyunun gedişində rəqibini 2 top fərqi ilə üstələyən Rusiya futzalçıları üstünlüyünü ikinci hissədə əldən verib. Yekunda 4:2 hesabı ilə qələbə qazanan Portuqaliya millisi tarixində ikinci dəfə Avropa çempionu olub. 

Üçüncü yer uğrunda keçirilmiş matçda Ukrayna yığmasını 4:1 hesabı ilə üstələyən İspaniya millisi isə bürünc medalları qazanıb. 

Qeyd edək ki, Azərbaycan yığması Niderlandda qrup mərhələsində mübarizəni dayandırıb. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top