Bir çox jurnalisti "casus" adlandıran deputat Cavanşir Feyziyev casusluqda ittiham olunan təşkilatda çalışıb —SENSASİON İDDİA

GÜNDƏM 06 fev 2022, 22:46

Bir çox media nümayəndəsini təhqir edən, onlara "reket", "dələduz", "casus" deyən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı daha bir ittiham irəli sürülüb. 

Avropa.info xəbər verir ki, bununla bağlı politoloq Ərəstun Oruclu sosial media hesabından açıqlama yayıb.

"İroniya Mətbuat Şurasının üzvü olan deputatın ölkənin sağlı-sollu, aşağı-yuxarı bütün tanınmış jurnalistlərini təhqir etməsi deyil, heç onun hamını casus adlandırması da deyil. Əsl ironiya bunu edənin əmək fəaliyyətinə vaxtilə Azərbaycanda casusluq etdiyi zaman subütla yaxalanmış bir beynəlxalq təşkilatda başlayıb, ardınca da biznesdə sürətlə uğur qazanmasıdır", - deyə Oruclu bildirib.

Xatırladaq ki, Feyziyev 1994–1995-ci illərdə Belçikanın "Sərhədsiz həkimlər" humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışıb.

1995–1998-ci illərdə ABŞ-nın "Filip Morris" şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləyib. 
34a2bf08-401b-4707-ba5f-f41ba9ebb1b2.jpg (99 KB)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top