Türkiyədə dağ xizəkçiliyi mərkəzində otelin çardağı uçub, xəsarət alanlar var

REGİON 06 fev 2022, 22:24

Türkiyədə "Saklıkent" dağ xizəkçiliyi mərkəzində otelin çardağının uçması nəticəsində 8 nəfər xəsarət alıb.

Çardaq yığılan qarın ağırlığından uçub.

Yaralananlar hadisə yerinə gələn təcili tibbi yardım helikopteri ilə xəstəxanaya aparılıb.

Onların aldıqları xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top