Rusiyada polis mayoru cinsini dəyişdi

REGİON 06 fev 2022, 21:17

Moskva polisində çalışan qadın cinsini dəyişərək kişi olub.

Rusiya Daxili İşlər Nazirliyinin mayor rütbəli 35 yaşlı əməkdaşı yeni sənədləri vətəni Proxladnı şəhərində alıb.

O, yanvarda yeni doğum haqqında şəhadətnamə və pasport əldə edib. Fevralın 1-də isə Moskva Daxili İşlər Nazirliyi tərəfindən lazımi əmr verilib.

Bildirilib ki, qadının əvvəlki adı Mariya, indiki adı isə Aleksandrdır. Onun tibbi müdaxilə - hormon terapiyası və ya cərrahiyyə əməliyyatı keçirməsi məlum deyil. /oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top