“Cavanşir Feyziyevin xalqın üzünə çıxmağa nə mənəvi, nə siyasi haqqı yoxdur” Hafiz Hacıyev

GÜNDƏM 06 fev 2022, 21:02

Əziz media dostlarım!

Səhhətim sizlərlə bir yerdə olmağa imkan verməsə də ölkədə və dünyada baş verən hadisələri çox ciddi izləyirəm.

Azərbaycan dövlətini dünya miqyasında belə bir dələduzun , rüşvətxorun biabır etməsi və dil açıb danışması Azərbaycan parlamentinə və onun üzvlərinə qarşı hörmətsizlikdir.

Deyir oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı…

Cavanşir Feyziyevin nə mənəvi, nə siyasi haqqı yoxdur ki, xalqın üzünə çıxsın.

Mən hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, Azərbaycanın imicinə ləkə gətirən belə bir dələduzu təcili şəkildə həbs edib, saxta deputat mandatından məhrum etsinlər.

Mediada çalışan dostlarım sizin ünvanınıza səsləndirdiyi təhqirlər məni üzdü. Belə bir oğrunun sözlərinə fikir vermədən tutduğunuz haqq yoluna davam edin. Bunun kimilər çoxdur və sizinlə birlikdə belə ziyanvericilərin axırına birlikdə çıxacağıq.


Hörmətlə:MMP sədri Hafiz Hacıyev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top