Hulusi Akar koronavirusa yoluxdu

REGİON 06 fev 2022, 19:40

Türkiyənin milli müdafiə naziri Hulusi Akar koronavirusa yoluxub.

Bu barədə Demokrat.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Mənim COVID-19 testim müsbət çıxdı. Şükürlər olsun ki, səhhətim yaxşıdır və lazımi tədbirləri görərək işimizi davam etdiririk”, - nazir bildirib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun “omikron” ştamı aşkarlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top