Beyləqanda 3 maşın toqquşdu, 2-si kanala aşdı — YENİLƏNİB

HADİSƏ 06 fev 2022, 16:35
Beyləqanda qəzada xəsarət alanların kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, xəsarət alanlar 1974-cü il təvəllüdlü, Ağcabədi rayon sakini Səfərov Səfər Rafail oğlu, 1980-ci il təvəllüdlü, Ağcabədi rayon sakini Babayev Ramil Kərim oğlu, 1969-cu il təvəllüdlü Ağdam rayon sakini Mehtiyev Əvəz Səfər oğlu və 1980-ci il təvəllüdlü, Beyləqan rayon sakini Camalov Ceyhun Əsgər oğludur.

Binəqədidə sexdə yanğın olub
Bərdədə yas mərasimində polisi yumruqla vuran şəxs saxlanılıb
Bakı sakini bıçaqlanıb
Onların vəziyyəti orta ağır qiymətləndirilir.

***

saat 15.59

Beyləqanda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Aran Qəsəbəsi - Bəhramtəpə magistral yolunun rayonun Eyvazalılar kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "ZİL" markalı yük maşını "Niva" və "OKA" markalı minik maşınları ilə toqquşub. Zərbənin təsirindən yük və "Niva" markalı minik maşını yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma başlanılıb.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top