Müdafiə Nazirliyinin xidmət rəisi həbs edildi — 143 milyonluq mənimsəmə

HADİSƏ 03 may 2024, 12:47
Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib.

Demokrat.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirli bilinib. Onun cinayət işi ayrıca icraata götürülüb. Onun tərəfindən dövlətə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı bağlı təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb.

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Elvin Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Elvin Cəfərov ötən il dekabrında Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top