Tərtərdə itkin düşən yeniyetmə qız narkotik istifadəçisi olub? — RƏSMİ CAVAB

HADİSƏ 03 may 2024, 10:04
Tərtərdə itkin düşən 15 yaşlı Nigar Məhərrəmli ilə bağlı iddialara aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, aprel ayının 29-da Tərtər rayonunda 2009-cu il təvəllüdlü qızın itkin düṣməsi ilə əlaqədar Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Hazırda həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Onun narkotik istifadəçisi olması ilə bağlı əvvəllər də yayılmıṣ iddialar RPŞ-də araşdırılıb və təsdiqini tapmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top